Mayın 16-da Azərbaycanda bir neçə vətəndaş kiber fırıldaqçılığın qurbanı olub. Onların bank kartlarından ümumilikdə 20 min manatdan çox pul vəsaiti oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Doğru.az-a verilən məlumata görə, vətəndaşların kartlarından 7200, 4840, 3995, 2000, 1000, 812, 152, 138, 84 və 80 manat olmaqla müxtəlif məbləğlərdə pul kiber üsullarla çıxarılıb.
Nazirlik vətəndaşları bir daha xəbərdar edir: CVV/CVC kodları və SMS vasitəsilə gələn OTP şifrələri məxfi məlumatlardır və bu məlumatların paylaşılması ciddi maliyyə itkilərinə səbəb ola bilər.
“Şübhəli zənglərdən gələn cazibədar təkliflərə – guya qazanc, sığorta, viza dəstəyi, bank hesablarının gücləndirilməsi və ya mədaxil ödənişləri ilə bağlı məlumatlara aldanmayın. Tanımadığınız nömrələrlə əlaqə saxlamayın, yazışma aparmayın və bu nömrələri dərhal bloklayın,” – deyə DİN vətəndaşlara çağırış edib.
DOĞRU.AZ