Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Böyük Britaniyanın Qərb sivilizasiyasına qarşı müharibə aparmaq niyyətində olduğunu iddia edib.
Doğru.az xəbər verir ki, o, X sosial şəbəkəsində bir istifadəçinin Britaniyanın kiminlə mübarizə aparacağı barədə sualına “Qərb sivilizasiyası ilə” cavabını verib. Dmitriyev bu fikrini daha ətraflı izah etməyib.
O, daha əvvəl Böyük Britaniyanın Baş naziri Keir Starmer barədə danışaraq, uğursuz enerji siyasətinə görə məsuliyyəti başqalarının üzərinə atdığını bildirmişdi.
DOĞRU.AZ

























