image-2000x150px
image-123
image-ads_atlas
image-img-20220330-wa0024backend

Dövlət Agentliyinin sədri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir – FOTO

image-728x90px

Azərbaycan Respublikasının nümayəndə heyəti 29-30 mart tarixində Dubay şəhərində keçirilən VIII “Dünya Hökumət Sammiti”ndə iştirak edir. Nümayəndə heyətinin tərkibinə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov daxildir.

“Gələcək hökumətlərin proqnozlaşdırılması” şüarı altında keçirilən sammitin işində 4000-dən çox qonaq iştirak edir. Onların arasında dünyanın 140 ölkəsindən olan hökumət başçıları və nazirlər, görkəmli ictimai-siyasi xadimlər, alimlər və ekspertlər, həmçinin bir sıra aparıcı beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Sammit çərçivəsində 4-cü sənaye inqilabı dövründə hökumətlərin yeni çağırışlara adaptasiyası, süni intellekt, data analiz ilə bağlı bir sıra təqdimat, dəyirmi masa və seminarlar keçirilir.

Sammit çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Mərakeş Krallığının rəqəmsal keçid və idarəetmə islahatları üzrə naziri Ghita Mezzour ilə görüşüb. Görüş zamanı Mərakeş Krallığının müvafiq qurumu ilə 2018-ci ildə imzalanmış Anlaşma Memorandumunun implemenatasiyası çərçivəsində görülmüş işlər və planlaşdırılmış layihələr müzakirə olunub.

Nümayəndə heyətinin BƏƏ-yə səfəri davam edir.

DOĞRU.AZ

image-img-20220330-wa0024 image-img-20220330-wa0025 image-img-20220330-wa0026 image-img-20220330-wa0027 image-img-20220330-wa0028 image-img-20220330-wa0029

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki