image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-03-31t005759-255backend

Dövlət orqanları Lerikdəki torpaq sürüşməsinin digər evlər üçün təhlükəsini araşdırır – YENİLƏNİB + FOTO/VİDEO

image-728x90px

Lerik rayonunda baş verən torpaq sürüşməsinin digər evlər üçün təhlükəsi öyrəniləcək.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, torpaq sürüşməsinin baş verdiyi Lərmərüd kəndində əraziyə yaxın daha 5 ev var.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, fövqəladə hallar üzrə komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, FHN və ETSN-nin mütəxəssisləri rayona dəvət olunub. Əraziyə baxış keçirilib, lazımi prosedurlar həyata keçiriləndən sonra təbii hadisənin ətrafdakı evlər üçün nə dərəcədə təhlükənin olub-olmadığı müəyyən ediləcək.

“Hadisə baş verən ərazi – Lərmərüd kəndi rayon mərkəzindən 25 km aralıda yerləşir. Kənddə 50-60 il əvvəl də iri miqyaslı torpaq sürüşməsi baş verib. Dünən baş verən hadisə zamanı 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus təsərrüfat bütünlüklə bir neçə metr qalınlıqda torpaq qatı altında qalıb. Belə ki, 1975-ci ildə tikilən bir mərtəbəli, üç otaq və aynabənddən ibarət yaşayış evindən yalnız dam örtüyünün qalıqlarını görmək olur. Hadisə zamanı həmçinin içərisində 8 baş iribuynuzlu mal-qara olan tövlə, yardımçı tikililər də torpağın altında qalıb. Buna qalın torpaq qatının yağıntı nəticəsində yamacboyu aşağı doğru sürüşməsi səbəb olub”, – H.Məlikov deyib.

22:11, 30 mart

Lerikdə torpaq sürüşməsi olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib. Rayonun Lərmərud kəndində baş verən hadisə nəticəsində bir ev tamamilə torpaq altında qalıb.

Kənd sakini, 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus birmərtəbəli 4 otaqlı ev, şəxsi təsərrüfat, iribuynuzlu heyvanlar üçün tikilmiş tövlə, 4 baş qaramal və 4 baş buzov tamamilə torpaq altında qalıb.

Hadisə zamanı evdə olan N.Baxşıyev ilə həyat yoldaşı xoşbəxtlikdən xəsarət almayıb.

Onlar hazırda qohumlarının evlərinə yerləşiblər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki