image-2000x150px
image-123
image-ads_atlas
image-1627451869_2803939backend

Dövlət qulluğu vəzifələri üzrə imtahanın nəticələri açıqlanıb: 408 nəfər müsabiqə şərtini ödəyib

image-728x90px

Dövlət İmtahan Mərkəzi (DİM) inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə iyunun 30-da keçirdiyi dövlət qulluğuna qəbul imtahanının nəticələrini açıqlayıb.

DİM-dən Doğru.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2557 namizəddən 57 nəfəri imtahana gəlməyib.

İmtahanın nəticələrinə əsasən, BA2 altqrupu üzrə 2 nəfər, BA3 altqrupu üzrə 9 nəfər, BA4 altqrupu üzrə 27 nəfər, BB1 altqrupu üzrə 15 nəfər, BB2 altqrupu üzrə 56 nəfər, BB3 altqrupu üzrə 104 nəfər, BB4 altqrupu üzrə 195 nəfər olmaqla, ümumilikdə 408 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikat 5 il qüvvədə olur.

İmtahandan müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün iyulun 2-dən 15-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

– ali təhsil haqqında sənədin surəti;

– əmək kitabçasının surəti (olduğu halda).

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2 iyul saat 10:00-dan 4 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki