image-n1karobka_ads
image-123
image-17468875341427516929_1200x630backend

Dövlət Sərhəd Xidməti Akademiyasının 168 kursantı məzun oldu – FOTO

Mayın 10-da Dövlət Bayrağı Meydanında Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının növbəti buraxılış mərasimi keçirilib. Tədbir Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunub.

DSX-dən Doğru.az-a bildirilib ki, mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad ediblər. Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

DSX rəisi general-polkovnik Elçin Quliyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə sərhədlərin qorunmasında əldə olunan uğurları vurğulayıb. O, sərhədçilərin yüksək peşəkarlıq və vətənpərvərlik nümunəsi göstərdiyini bildirib.

Tədbirdə məzunlara diplomlar təqdim olunub, gənc zabitlər “Sərhədçi zabit andı” içiblər. Bu il DSX Akademiyasını 168 kursant bitirib, onlardan 5-i təhsilini qırmızı diplomla başa vurub.

Mərasimin sonunda Elçin Quliyev gənc zabitləri və onların valideynlərini təbrik edib.

DOĞRU.AZ

image-1746887534221151312_1200x630 image-17468875341994126462_1200x630 image-17468875345563934309_1200x630 image-1746887534138074328_1200x630 image-17468875343560760057_1200x630 image-17468875343950949960_1200x630 image-17468875341575637703_1200x630 image-1746887534620858105_1200x630 image-17468875345017563136_1200x630 image-17468875341434212109_1200x630 image-17468875343676819222_1200x630 image-17468875343888847243_1200x630 image-17468875342629265507_1200x630 image-1746887534451743480_1200x630 image-17468875346137536082_1200x630 image-17468875343558963380_1200x630 image-1746887534372314658_1200x630 image-17468875342210826711_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki