image-n1karobka_ads
image-123
image-1758982861924313549_1200x630backend

Dövlət Sərhəd Xidməti Anım Günü tədbirləri keçirib – FOTO

image-ad_qayo_720x110px

27 Sentyabr – Anım Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.

Doğru.az xəbər verir ki, rəhbər heyət İkinci Fəxri xiyabanı və Zəfər parkını ziyarət edərək şəhidlərin xatirəsini yad edib, məzarlar üzərinə gül dəstələri düzüb.

Tədbirlərdə şəhidlərin qəhrəmanlığı, Qələbənin tarixi əhəmiyyəti və xalqımızın həmrəyliyi qeyd olunub, bir dəqiqəlik sükutla xatirələri yad edilib, Dövlət Himni səsləndirilib. Şəhidlərin döyüş meydanında göstərdiyi şücaət gələcək nəsillər üçün nümunə kimi vurğulanıb, şəxsi heyətə Vətən müharibəsi mövzusunda sənədli film nümayiş olunub.

DOĞRU.AZ

image-17589828614009050167_1200x630 image-17589828614437450913_1200x630 image-175898286176309745_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki