image-n1karobka_ads
image-123
image-17349608776389819356_1200x630backend

Dövlət Sərhəd Xidməti ilə Türkiyə Respublikasının Quru Qoşunları arasında əməkdaşlıq genişlənəcək – FOTO

Dekabrın 23-də Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ilə görüşüb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Doğru.az-a verilən məlumata görə, müzakirələr zamanı Azərbaycan-Türkiyə qardaşlığı, iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrdə olduğu kimi, müdafiə və sərhəd təhlükəsizliyi istiqamətində də əlaqələrin ən yüksək səviyyədə inkişafına zəmin yaratması vurğulanıb, qarşılıqlı əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Quru Qoşunları Komandanlığı arasında əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib, birgə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-17349608771922440734_1200x630 image-17349608773281528291_1200x630 image-1734960877446760244_1200x630 image-173496087740208326_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki