image-2000x150px
image-123
image-ads_atlas
image-5345139backend

Dövlət Sərhəd Xidmətinin Aparatında Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

image-728x90px

Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev əlamətdar gün münasibətilə sərhədçi qadın hərbi qulluqçuları təbrik edib, onlara хidmətdə və şəхsi həyatlarında uğurlar arzulayıb.

Gözəllik, sədaqət və ismət rəmzi olan Azərbaycan qadınlarının xalqımızın milli varlığını müəyyən edən mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanmasında əvəzsiz xidmətləri qeyd olunub, qadınlarımızın cəmiyyətdəki rolunun artmasına, onların maddi rifahının yaxşılaşmasına, Azərbaycanlı ailələrin xoşbəxtliyinə Ulu Öndər Heydər Əliyevin hər zaman böyük diqqət göstərdiyi, bu gün həmin siyasətin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Azərbaycan qadınının 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda savaşda canlarından keçməyə hazır olan qəhrəmanlar nəslini yetişdirməsi vurğulanıb, qadınların cəmiyyətimizin bütün sahələrində, o cümlədən Silahlı Qüvvələrin fəaliyyətində yaxından iştirak etmələri, Vətənimizin sərhədlərinin mühafizəsi kimi çətin və şərəfli vəzifənin yerinə yetirilməsində sərhədçi qadınların əzmkarlıq göstərdikləri, xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldikləri qeyd olunub.

Çıxışda Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti, hərbi strategiyası və sərkərdəlik məharəti sayəsində ölkəmizin bütün ərazisində suveren hüquqlarımızın bərpa edildiyi, qalib dövlətə çevrildiyimiz vurğulanıb, müqəddəs haqq savaşında Müzəffər Ali Baş Komandanımız tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısına qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra olunduğu, Azərbaycan sərhədçilərinin bundan sonra da milli maraqlarımızın təmin edilməsi üzrə tapşırıqları ən yüksək səviyyədə icra edəcəkləri qeyd olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlət başçımızın ən yaxın silahdaşı olaraq dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim etdiyi, dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinin, ölkəmizin ictimai-siyasi və mədəni həyatının dinamik inkişafına yönəldilmiş əzmkar fəaliy-yəti ilə хalqımızın böyük rəğbətini qazandığı xüsusi qeyd edilib.

Tədbirin sonunda xidmətdə fərqlənmiş sərhədçi qadınlar təltif olunublar.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki