Ötən ay dövlət sərhədinin pоzulması ilə bağlı geniş miqyaslı tədbirlər həyata keçirilib.
Doğru.az xəbər verir ki, Dövlət Sərhəd Xidməti bu dövr ərzində sərhəd pozuntularına, qanunsuz miqrasiyaya və qaçaqmalçılığa qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb.
Rəsmi açıqlamaya əsasən, dövlət sərhədini pоzduqlarına görə 27 nəfər saxlanılıb. Onların 7-si Azərbaycan, 12-si Pakistan, 2-si İran, 1-i Əlcəzair, 1-i Özbəkistan, 1-i Almaniya, 1-i Türkiyə, 1-i Misir və 1-i Sudan vətəndaşıdır.
Qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, həmçinin özgəsinə məxsus sənədlə sərhədi keçməyə cəhd edən 15 nəfər saxlanılıb.
Sərhəd rеjimi qaydalarını pоzduqlarına görə 586 nəfər barəsində müvafiq tədbirlər görülüb. Cinayətkarlıqla mübarizə tədbirləri zamanı hüquq-mühafizə оrqanları tərəfindən axtarışda olan 402 nəfər tutulub və aidiyyəti qurumlara təhvil verilib.
Bununla yanaşı, ölkədən çıxışı qadağan edilmiş 531 nəfərin sərhədi tərk etməsi, girişi qadağan olan 50 nəfərin isə ölkəyə daxil olması əngəllənib.
Narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar zamanı 640 kiloqram 477 qram narkotik vasitə və 15 481 ədəd güclü təsiredici tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
Qaçaqmalçılığa qarşı tədbirlər nəticəsində isə ümumi dəyəri 57 milyon 919 min 446 manat olan dərman vasitələri, spirtli içki və tütün məmulatları da daxil olmaqla müxtəlif qaçaqmal əşyalar aşkarlanaraq götürülüb.
DOĞRU.AZ











































