image-n1karobka_ads
image-123
image-47333b2c-30db-3f7f-99fb-e430a8360923_850backend

Dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər saxlanılıb – FOTO

image-ad_qayo_720x110px

Dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər sərhəd pozucusu saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Doğru.az-a verilən məlumata görə, “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində oktyabrın 2-də 1 nəfər İran İslam Respublikası, oktyabrın 4-də 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası, oktyabrın 3-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər Pakistan İslam Respublikası və oktyabrın 7-də “Naxçıvan” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 1 nəfər Suriya Ərəb Respublikası vətəndaşının dövlət sərhədini pozma cəhdinin qarşısı sərhədçilər tərəfindən alınıb.

Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DOĞRU.AZ

image-17285510212691437334_1200x630image-17285510214100052593_1200x630image-1728551021300463361_1200x630image-1728551021777241253_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki