image-n1karobka_ads
image-123
image-img-20250523-wa0017backend

Dövlət Xidməti Lerikdə gənclərlə vətənpərvərlik görüşü keçirdi – FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşəbbüsü və Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda tədbir keçirilib.

Doğru.az xəbər verir ki, tədbir Lerikdəki Heydər Əliyev Mərkəzində baş tutub.

Tədbiri açan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov bu cür görüşlərin gənclərdə vətənpərvərlik hisslərinin güclənməsində mühüm rol oynadığını vurğulayıb.

SHXÇDX-nın Çağırışaqədərki hazırlıq idarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılov çıxışında 44 günlük Vətən müharibəsində gənclərin göstərdiyi şücaətdən danışıb. O, həmçinin “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində aparılan işlər barədə geniş məlumat verib.

Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə hazırlaşan gənclərə faydalı tövsiyələrini çatdırıb, xaricdə təhsil və möhlət hüququ ilə bağlı sualları cavablandırıb.

Lerik rayon şöbəsinin rəisi, polkovnik Fərman Məmmədov çağırışçıların ilkin qeydiyyatı, tibbi müayinəsi və hüquqları ilə bağlı geniş təqdimatla çıxış edib.

Tədbirdə iştirak edən Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri də öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, bu formatda tədbirlər ölkənin müxtəlif bölgələrində də davam etdirilir.

DOĞRU.AZ

image-img-20250523-wa0015 image-img-20250523-wa0016 image-img-20250523-wa0018 image-img-20250523-wa0019 image-img-20250523-wa0021 image-img-20250523-wa0022 image-img-20250523-wa0023 image-img-20250523-wa0024 image-img-20250523-wa0025

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki