image-n1karobka_ads
image-123
image-img-20250514-wa0102backend

Dövlət Xidmətində Türkiyə Milli Təhlükəsizlik Şurası ilə görüş keçirilib – FOTO

Doğru.az xəbər verir ki, Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişin rəhbərlik etdiyi nümayəndə heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini ziyarət edib.

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının təşkilatçılığı ilə baş tutan görüşdə çıxış edən Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin dərin tarixi köklərə malik olduğunu bildirib.

Okay Memiş isə hərbi əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Görüş zamanı çağırış prosesi, səfərbərlik hazırlığı, rəqəmsallaşma və digər aktual məsələlər müzakirə olunub. Sonda nümayəndə heyətinə xatirə hədiyyələri təqdim edilib və birgə foto çəkilib.

DOĞRU.AZ

image-img-20250514-wa0103 image-img-20250514-wa0105 image-img-20250514-wa0104 image-img-20250514-wa0101 image-img-20250514-wa0109

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki