image-n1karobka_ads
image-123
image-17461872136321514272_1200x630backend

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Tərtərdə vətəndaş müraciətləri dinləyəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov mayın 16-da saat 10:00-da Tərtər rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Füzuli, Laçın və Xocalı rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

Bu barədə Doğru.az-a Dövlət Xidmətindən bildirilib.

Qəbula yazılmaq istəyən vətəndaşların mayın 12-dək SHXÇDX-nin adları qeyd olunan rayon struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki