image-2000x150px
image-123
image-ads_atlas
image-1623908860_gomrukbackend

DSX-nin kursantı intihar etdi

image-728x90px

Dövlət Sərhəd Xidmətinin Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu intihar edib. 

Doğru.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Hadisə noyabr ayının 17-də saat 21:00 radələrində qeydə alınıb.

Telman Nəbiyev naməlum səbəbdən özünü asıb.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, DSX Akademiyasının kursantı 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki