image-n1karobka_ads
image-123
image-17309853726409545934_1200x630backend

DSX-nin rəhbər heyəti Zəfər Günü ərəfəsində şəhid ailələrini ziyarət edib – FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və xidmətin general heyəti tərəfindən Vətən müharibəsinin 4-cü ildönümü ərəfəsində şəhid ailələri ziyarət edilərək onların qayğıları öyrənilib, ailələrə bayram hədiyyələri və sovqatlar təqdim olunub.

DSX-nin mətbuat mərkəzindən Doğru.az-a verilən məlumata görə, şəhidlərimizin ailələri şəhidlərə, qazilərə və onların ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini böyük qürur hissi ilə ifadə ediblər.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, eləcə də qazilərə göstərilən böyük diqqət və qayğıdır.

Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirələrinin əziz tutulacağı, ideallarının daim yaşadılacağı və sərhədçilərin dövlət sərhədlərimizi bundan sonra da qətiyyətlə qoruyacağı ifadə edilib.

DOĞRU.AZ

image-1730985372459914110_1200x630image-17309853725772453298_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki