image-n1karobka_ads
image-123
image-9nwvhnn8mt3naaoqdoy2ffpfz6c12shpakh5xk0y_640backend

DSX-nin Xəzər dənizində keçirdiyi əməliyyatın GÖRÜNTÜLƏRİ

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Doğru.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Dekabr ayının 22-də saat 03:25-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığının bölmələri və dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında rejim qaydalarını pozan üzmə vasitəsinin axtarışı ilə bağlı sərhəd gəmiləri və sahil nəzarəti bölmələri tərəfindən aparılmış tədbirlər nəticəsində dənizdə 13 ədəd şübhəli bağlama müəyyən edilib.

Bağlamalara baxış zamanı ümumi çəkisi 23 kiloqram 745 qram (23 kq 475 qram marixuana, 270 qram tiryək) və 500 ədəd narkotik tərkibli “Metadon M-40” həbi aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

DOĞRU.AZ

image-ovnxqrtu7crzt5ebsvfwvxetavsd3rldeffqnfvi_1200 image-hlzyzndgvp1nao45szokscxrhc66pp3wnio3vatr_640 image-ob92wpu15rlthqf9cjycdvpj45pcamwpwjdbuqpo_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki