image-2000x150px
image-123
image-ads_atlas
image-120797backend

DSX sərhəddə əməliyyat keçirdi – SAXLANILANLAR VAR

image-728x90px
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Doğru.az-a bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Avqust ayının 25-də Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 8 kiloqram 500 qram narkotikə bənzər vasitənin, 8370 ədəd psixotrop və güclü təsirli maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti sahəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Füzuli  rayonunun Arayıtlı kəndi ərazisindən bağlama götürərək uzaqlaş­mağa cəhd göstərən 1 nəfər şübhəli şəxs saxlanılıb.

Saxlanılan şəxsin 1994-cü il təvəllüdlü Bakı şəhər sakini Kərimov Ziyad Əhəd oğlu olması müəyyənləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 8 kiloqram 500 qram narkotik maddəyə oxşar vasitə (7300 qram “marixuana”, 1000 qram “heroin”, 200 qram “metamfetamin”) və 8370 ədəd psixotrop tərkibli “Preqobalin” həbləri aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DSX: Sərhədçilərimiz külli miqdarda narkotik maddənin Azərbaycana keçirilməsinin qarşısını alıb

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki