image-n1karobka_ads
image-123
image-nocomment_817bd00b382150b3530ab62b54902b51_wzcl906kpbvh814yox3m-637x336backend

DTX-nin saxladığı polkovniklə bağlı yeni QƏRAR

image-ad_qayo_720x110px

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində təqsirli bilinən polkovnik Məlikməmməd Qurbanovun cəzası azaldılıb.

Doğru.az xəbər verir ki, Ali Məhkəmə müdafiə tərəfinin şikayəti əsasında qərar qəbul edib. Son qərara əsasən, Qurbanovun cəzası 6 il 6 aydan 6 ilə endirilib. Hökmün digər hissələri isə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015–2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışıb. O, 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin yekun qərarı ilə polkovnikə 6 il 6 ay həbs cəzası verilmişdi.

Mənbə: Qafqazinfo.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki