image-2000x150px
image-123
image-ads_atlas
image-318274677_534556898561187_4780684085765922576_nbackend

“Dune-2” filminin çəkilişləri bitdi – FOTO

image-728x90px

“Dune” elmi-fantastik filminin davamının çəkilişləri başa çatıb.

Bu barədə layihədə “Pol Atreydes” rolunu oynayan aktyor Timoti Şalame özünün “Instagram” hesabından xəbər verib.

Atası Mark Şalame ilə səhrada çəkdirdiyi fotosunu paylaşan ulduz paylaşımında “Dune 2” bitdi (səhrada atam ilə)”, – deyə bildirib.

Qeyd edək ki, birinci film məşhur Atreydes evinin varisi Polun ailəsi ilə birlikdə Kainatın ən təhlükəli planetlərindən birinə – Arrakisə getməsindən bəhs edir. Burada qum, yandıran Günəş, nəhəng bədheybətlər və qalaktikalararası qarşıdurmaların əsas səbəbi Melanj adlı inanılmaz qiymətli bir qaynaqdan başqa heç nə yoxdur. Hakimiyyətin ələ keçirilməsi nəticəsində Pol qaçmaq və gizlənmək məcburiyyətində qalır və bu onun epik səyahətinin başlanğıcı olur.

İkinci hissədə Pol Atreydesin qərib insandan hər kəsin gözlədiyi xilaskara çevrilməsi və səhra əhalisinin onun ətrafında birləşməsindən bəhs edilir.

Deni Vilnövün rejissoru olduğu “Dune” filminin davamının çəkilişləri barədə bu yay elan edilmişdi. Film Budapeşt, Əbu-Dabi, İordaniya və İtaliya kimi bir neçə yerdə çəkilib.

Növbəti filmdə Florens Pyu, Lea Seydu, Kristofer Uoken, Ostin Batler və Suheyla Yakub kimi aktyorlar çəkiləcəklər.

“Dune: Part Two” filminin təqdimatı 2023-cü ilin noyabrın 3-nə planlaşdırılıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki