image-n1karobka_ads
image-123
image-6874a80702e8bd2b636b605abackend

Dünyanın ən yaşlı prezidenti yenidən namizədliyini irəli sürdü

image-ad_qayo_720x110px

Kamerun Prezidenti Pol Biya 92 yaşında növbəti prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Doğru.az xəbər verir ki, bu barədə o, X (keçmiş Twitter) sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verib.

“Mən 2025-ci il oktyabrın 12-də keçiriləcək prezident seçkilərində namizədəm”, – deyə Biya bildirib.

O əlavə edib ki, ölkənin üzləşdiyi çağırışların şiddətinə uyğun şəkildə hərəkət etmək üçün qətiyyət nümayiş etdirir.

Qeyd edək ki, Pol Biya hazırda dünyada hakimiyyətdə olan ən yaşlı prezidentdir. Bir müddət əvvəl isə ABŞ-ın sabiq prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki