image-2000x150px
image-123
image-ads_atlas
image-adios-3backend

Dünyanın keçmiş bir nömrəli tennisçisində iki növ xərçəng aşkar edildi

image-728x90px

Dünyanın keçmiş bir nömrəli tennisçisi Martina Navratilova həkimlərin ona xərçəng diaqnozu qoyduğunu açıqlayıb.

66 yaşlı Navratilovaya noyabrın əvvəlində boynunda genişlənmiş limfa düyünləri aşkar edildikdən sonra boğaz xərçəngi diaqnozu qoyulub. Əlavə müayinə zamanı döş xərçəngi də aşkarlanıb.

“Bu ikiqat zərbə ciddidir, lakin yenə də müalicə oluna bilər. Əlverişli nəticəyə ümid edirəm. Mən bütün gücümlə mübarizə aparacağam” – Navratilova bəyan edib.

O, 13 il əvvəl radiasiya terapiyasından sonra döş xərçəngindən sağalıb.

Praqadan olan Navratilova 1970-ci illərin ortalarında ABŞ-a köçüb və vətəndaşlıq alıb. O, 59 qat (18 dəfə fərdi, 31 dəfə cütlük, 10 dəfə isə qarışıq cütlüklərin yarışlarında) Böyük Dəbilqə qalibidir. Navratilova fərdi titulların sayına (167) görə qadın həmkarları arasında liderdir. O, yalnız almaniyalı Şteffi Qrafdan geri qalaraq (377), dünya reytinqində ikinci ən uzun müddətli (332 həftə) birinciliyə sahibdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki