Düşmənə qan udduran döyüşçümüz:”Sərxan  atasına görə  dövlət strukturlarına müraciət etdi”- VİDEObackend

Düşmənə qan udduran döyüşçümüz:”Sərxan atasına görə dövlət strukturlarına müraciət etdi”- VİDEO

27 sentyabrdan başlanan Vətən müharibəsində Azərbaycanın igid oğulları kimi Sadıqov Sərxan Nəbioğlu da Tovuz rayonundan döyüşlərə yollanaraq torpaqlarımızın azadlığı uğrunda igidlik və qəhrəmanlıq göstərərək düşmənə qan uddurmağı bacarmışdı.

Hal-hazırda işğaldan azad olunan Kəlbəcər rayonundan döyüşçümüz Azərbaycan xalqına, dövlət qurumlarına video müraciət edərək ona köməklik olunmasını istəyibdir.

Əsgərimiz müraciətində qeyd edir ki, dünyanı cənginə alan koronavirusdan əziyyət çəkən atası Sadıqov Nəbi Zeynəlabdin oğlunun vəziyyəti günü-gündən ağırlaşmağa doğru gedir.

Döyüşcümüz çıxışında bildirir ki, atasına heç bir tibbi yardım göstərilmir. Atası diqqətdən kənar qalaraq,ailəsinin gözləri qarşısında şam kimi əriyir.

Doğru.az olaraq inanırıq ki, dövlət strukturları əsgərimizin bu müraciətinə səs vərərək zəruri tibbi yardımlar göstərəcəklər.Unutmayaq ki, bu gün qələbənin əldə olunmasında Ali Baş Komandamız başda olmaqla Sərxan kimi igidlərimizə borculuyuq.

https://youtu.be/jtyek1umLog


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki