Müdafiə Nazirliyi Azərbaycan Ordusunda xidmət edən hərbçilərlə başlı videolar yayımlamağa davam edir.
Axşam.az xəbər verir ki, bu dəfə əsgər Məmmədov Ruslan Arzu oğlu ilə bağlı videomaterial təqdim olunub.
Bildirilib ki, Ruslan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edir:
“Qrup komandiri vəzifəsinin öhdəsindən layiqincə gəlir. Döyüşlər zamanı reaktiv artilleriya atəşi ilə düşmənin müdafiə məntəqəsini məhv edib”.https://ok.ru/videoembed/2024680458964
























