image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20210424-152051_chromebackend

DYP-dən genişmiqyaslı tədbir – VİDEO

image-728x90px
Yollarda hərəkətin təhlükəsizliyinin effektiv təmin olunması istiqamətində təbliğat-təşviqat, maarifləndirmə tədbirləri davam etdirilir.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimayyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, cəmiyyətdə yol mədəniyyətinin daha da inkişaf etdirilməsi, habelə hərəkət iştirakçıları arasında məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi məqsədilə tanıtım çarxlarının, qısametrajlı filmlərin çəkilməsi, metodiki və təbliğat-təşviqat məzmunlu nəşrlərin hazırlaması diqqət mərkəzində saxlanılır.

Bölmə rəisi bildirib ki, kütləvi informasiya vasitələrinin imkanlarından bu sahədə geniş istifadə olunur. Əhalinin yol mədəniyyətinə etimadının yüksəldilməsi hər bir hərəkət iştirakçısından asılıdır. Buna nail olmaq üçün davamlı təbliğat işinin aparılması zəruri şərtlərdən hesab olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki