image-n1karobka_ads
image-123
image-img-20250511-wa0215backend

“Əbədiyyət” musiqi axşamı: Gənclər Heydər Əliyevin xatirəsini ehtiramla andılar – FOTO

Mayın 10-da “İRƏLİ” İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Əbədiyyət” adlı musiqi axşamı keçirilib.

Doğru.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbirdə hərbi kursantlar, gənclər və müxtəlif sahələri təmsil edən ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında “İRƏLİ” İctimai Birliyinin baş katibi Riad Cəbrayılov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, gənclərin inkişafında və milli-mənəvi dəyərlərin qorunmasında oynadığı əvəzsiz rolu vurğulayıb. O qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu və bu gün ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilən gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi vətənpərvər, bilikli və fəal bir qüvvə kimi yetişir.

Tədbir istedadlı və yaradıcı gənclərin iştirakı ilə bədii proqramla davam etdirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən ibarət “Arazbarı” xalq çalğı alətləri ansamblının müşayiəti ilə gənc solistlər Azərbaycan bəstəkarlarının əsərlərini və xalq mahnılarını ifa ediblər.

Axşamın sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.

DOĞRU.AZ

image-img-20250511-wa0206 image-img-20250511-wa0209 image-img-20250511-wa0215 image-img-20250511-wa0221 image-img-20250511-wa0229

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki