image-n1karobka_ads
image-123
image-2backend

“EcoHub” və Coca-Cola Fondu plastik tullantıların idarəsi üzrə proqram təqdim etdi

image-ad_qayo_720x110px

“EcoHub” ekoloji platforması icraçı tərəfdaşlığı ilə Coca-Cola Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə “PACT – Dairəvi Gələcək üçün Tərəfdaşlıq” proqramının təqdimatı keçirilib.

Doğru.az xəbər verir ki, proqram plastik tullantıların toplanması və təkrar emalı sahəsində təşəbbüsləri dəstəkləmək, dayanıqlı tullantı idarəçiliyini gücləndirmək və dairəvi iqtisadiyyatı təşviq etməyi hədəfləyir.

Tədbirdə “EcoHub” rəhbəri Tükəzban Ağababayeva bildirib ki, proqram çərçivəsində tullantıların yığılmasında yeni rəqəmsal texnologiyalardan istifadə nəzərdə tutulur. “Coca-Cola Bottlers” MMC-nin direktoru Rəna Məmmədova isə çıxışında dövlət qurumları, şirkətlər və gənclərlə əməkdaşlığın daha təmiz dünya üçün əhəmiyyətini vurğulayıb.

Ümumilikdə 300 ton plastik tullantı toplamaq hədəfi ilə proqram Azərbaycan da daxil olmaqla 5 ölkədə – Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı, Qazaxıstan və Özbəkistanda icra olunur. Layihə Qlobal Ətraf Mühit və Texnologiyalar Fondu tərəfindən dəstəklənir.

DOĞRU.AZ

image-3 image-32-5-600x375 image-9-6 image-5 image-4 image-8-8 image-6 image-10-6 image-7-7

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki