image-n1karobka_ads
image-123
image-screenshot_20250605_195927_gallerybackend

Ədliyyə naziri Gədəbəydə vətəndaş müraciətlərini dinlədi – FOTO

Ədliyyə naziri Fərid Əhmədov iyunun 5-də Gədəbəy şəhərində vətəndaşları qəbul edib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

DOĞRU.AZ

image-17491247656464163432_1200x630image-1749124765291715511_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki