image-2000x150px
image-123
image-ads_atlas
image-17201141803979635097_1200x630backend

Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

image-728x90px

Ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan İraq Respublikası Ali Məhkəmə Şurasının sədri Faiq Zidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Nazir ölkələr arasında həm ikitərəfli, həm də beynəlxalq müstəvidə əməkdaşlığın inkişaf etdirildiyini vurğulayıb. Fərid Əhmədov ölkəmizdə elektron məhkəmə və elektron icra sisteminin tətbiq edilməsi, hakimlərin hazırlığı və ədliyyə sahəsində görülən digər işlər barədə məlumat verib. Nazir qeyd edib ki, iki ölkə arasında hüquqi sahədə əlaqələrin inkişafı üçün geniş imkanlar var. İraq nümayəndə heyətinin rəhbəri Faiq Zidan səmimi qəbula görə öz minnətdarlığını ifadə edib. Bu səfərin ölkələr arasında hüquqi sahədə həyata keçirilən ilk səfər olduğunu vurğulayan qonaq məhkəmə və ədliyyə sahəsində əməkdaşlığın qurulmasında, eləcə də ölkəmizin təcrübəsinin öyrənilməsində qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. Həmçinin görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki