Doğru.az xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov iyulun 18-də Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin müraciətlərini qəbul edəcək.
Vətəndaşlar iyulun 17-dək Xaçmaz regional ədliyyə idarəsinə, Ədliyyə Nazirliyinin telefon və e-poçt ünvanlarına, həmçinin nazirliyin rəsmi saytında “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçməsi və şəxsiyyət vəsiqəsini gətirməsi tələb olunur. Qəbula yazılan şəxslərə qəbulun vaxtı və yeri barədə əvvəlcədən məlumat veriləcək.
DOĞRU.AZ