image-2000x150px
image-123
image-ads_atlas
image-15905950315284357572_1200x630backend

Ədliyyə nazirliyində yeni təyinatlar olub

image-728x90px

Ədliyyə Nazirliyində yeni təyinatlar olub. Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Əbülfət Həsənova nazirliyin Katibliyinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Doğru.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Məlumata görə, bundan əvvəl, Ə.Həsənov Daxili İşlər Nazirliyi Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyib.

Nazirin digər əmrləri ilə İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev işdən azad edilib və həmin vəzifənin icrası Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanova həvalə olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki