image-n1karobka_ads
image-123
image-1747655481369819799_1200x630backend

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı müsabiqə elan edilib

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kadr potensialının peşəkar mütəxəssislərlə gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Mərkəzin Müsabiqə Komissiyası tərəfindən bir sıra vakant vəzifələr üzrə açıq müsabiqə elan olunub.

Nazirlikdən Doğru.az-a verilən məlumata görə, müsabiqə aşağıdakı ixtisaslar üzrə elan edilir:

Məhkəmə Ekspertizası Mərkəzində:

İnşaat mühəndisliyi

Sumqayıt regional bölməsində:

İnşaat mühəndisliyi

Şəki regional bölməsində:

Kimya ixtisası

Şirvan regional bölməsində:

Biologiya ixtisası

Qeyd olunan sahələr üzrə çalışmaq istəyən, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən, ali təhsilli, zəruri nəzəri və peşə hazırlığına malik Azərbaycan Respublikası vətəndaşları 2025-ci il 14 may – 14 iyul tarixləri arasında sənədlərini təqdim edə bilərlər.

Sənədlər aşağıdakı ünvana təqdim olunur:

Məhkəmə Ekspertizası Mərkəzinin inzibati binası: Bakı şəhəri, Xaqani küçəsi, 24 (tel: 012 498-09-71)

Gəncə regional bölməsi: Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, 11 (tel: +99455 424-58-00)

Şəki regional bölməsi: Şəki şəhəri, Salman Mümtaz küçəsi, 316 (tel: +99470 297-18-11)

Şirvan regional bölməsi: Şirvan şəhəri, 20 Yanvar küçəsi 16 (tel: 02121 5-55-91 / +99455 782-61-51)

Lənkəran regional bölməsi: Lənkəran şəhəri, Qala Xiyabani küçəsi, 13 (tel: 02525 5-01-36 / +99455 282-82-85)

Sumqayıt regional bölməsi: Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 29-cu məhəllə, 7/22 (tel: +99455 710-25-31)

Qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və müsahibəyə hazırlıq üçün “Yaddaş kitabçası” Mərkəzin rəsmi internet səhifəsində “İşə qəbul” bölməsində yerləşdirilib. Həmçinin bu sənədlər Mərkəzə və onun regional bölmələrinə müraciət edən şəxslərə də təqdim olunacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki