Əfqanıstanın Moskvadakı səfirliyi Rusiyaya Talibanla bağlı qərarına görə təşəkkür edib.
Diplomatik nümayəndəlikdən TASS-a bildiriblər ki, “Biz qərara görə minnətdarıq, bu, əməkdaşlığın gücləndirilməsinə kömək edəcək”.
Cümə axşamı, aprelin 17-də Rusiya Ali Məhkəməsi ölkədə Taliban hərəkatına qoyulan qadağanın dayandırılması barədə qərar qəbul edib.
Yanvarın sonunda Rusiya Xarici İşlər Nazirliyi Talibanın terror təşkilatları siyahısından çıxarılması prosesinə başlanıldığını açıqlayıb.
DOĞRU.AZ