image-2000x150px
image-123
image-ads_atlas
image-img-20220214-wa0024backend

EHİM daha iki iqtisadi rayonun icra hakimiyyətləri üçün onlayn təlimlər keçirib – FOTO

image-728x90px

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) “Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində təlimləri davam etdirir.

Növbəti təlimlərdə Abşeron-Xızı və Mərkəzi Aran iqtisadi rayonlarından olan rayon və şəhər icra hakimiyyətlərinin əməkdaşları, o cümlədən

• Sumqayıt Şəhər İcra Hakimiyyəti,

• Mingəçevir Şəhər İcra Hakimiyyəti,

• Abşeron Rayon İcra Hakimiyyəti,

• Xızı Rayon İcra Hakimiyyəti,

• Ağdaş Rayon İcra Hakimiyyəti,

• Göyçay Rayon İcra Hakimiyyəti,

• Kürdəmir Rayon İcra Hakimiyyəti,

• Ucar Rayon İcra Hakimiyyəti,

• Yevlax Şəhər İcra Hakimiyyəti,

• Zərdab Rayon İcra Hakimiyyəti

əməkdaşları iştirak ediblər.

Təlimlərdə “Rəqəmsal icra hakimiyyəti” portalının həm vətəndaşlar, həm də icra hakimiyyətləri üçün yaradılan funksionallıqları haqqında geniş məlumat verilib.

Layihənin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə yanvarın 26-dan etibarən EHİM tərəfindən təlimlərə başlanılıb. Bundan əvvəlki təlimlər Quba-Xaçmaz, Lənkəran-Astara, Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarının icra hakimiyyəti əməkdaşları üçün təşkil olunub.

Artıq 14 icra hakimiyyəti “Rəqəmsal icra hakimiyyəti” layihəsinə real vaxt rejimində qoşulub:

• Gəncə Şəhər İcra Hakimiyyəti;

• Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti;

• Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti;

• Masallı Rayon İcra Hakimiyyəti;

• Quba Rayon İcra Hakimiyyəti;

• Xaçmaz Rayon İcra Hakimiyyəti;

• Şabran Rayon İcra Hakimiyyəti;

• Siyəzən Rayon İcra Hakimiyyəti;

• Qusar Rayon İcra Hakimiyyəti;

• Lənkəran Şəhər İcra Hakimiyyəti;

• Astara Rayon İcra Hakimiyyəti;

• Cəlilabad Rayon İcra Hakimiyyəti;

• Lerik Rayon İcra Hakimiyyəti;

• Yardımlı Rayon İcra Hakimiyyəti.

rih.gov.az portalı vətəndaşlara yerli icra hakimiyyətləri xidmətləri üçün elektron qaydada müraciət etmək, görüşün təyin edilməsi üçün onlayn müraciət etmək, onlayn görüş müraciəti yaratmaq, onların fəaliyyəti haqqında məlumat almaq, müxtəlif mövzuları aktuallaşdırmaq imkanı yaradır. İcra hakimiyyətləri isə “Rəqəmsal icra hakimiyyəti” portalının təqdim etdiyi üstünlüklər sayəsində fəaliyyətlərini daha da səmərəli və operativ qura biləcək, vaxt və resurslarına qənaət edərək daha operativ qərarlar qəbul edə biləcək.

DOĞRU.AZ

image-img-20220214-wa0025

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki