image-n1karobka_ads
image-123
image-17649218815664495_1200x630backend

Əhməd İsmayılov: Azərbaycan–Gürcüstan Media Forumu media əməkdaşlığını gücləndirəcək

image-ad_qayo_720x110px

Azərbaycan mətbuatı və Gürcüstan mediası arasında tarixi bağlılıq əsasında ilk Azərbaycan–Gürcüstan Media Forumu keçirilib. Forumda hər iki ölkənin aparıcı media qurumlarının təmsilçiləri və media ekspertləri bir araya gələrək fikir mübadiləsi aparıblar.

Doğru.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov forumda bildirib ki, bu tədbir ölkələrimizin media əməkdaşlığının növbəti uğurlu mərhələsini təşkil edəcək və praktik əhəmiyyət baxımından media mühitinə ciddi töhfə verəcək.

Əhməd İsmayılov qeyd edib ki, forumun əsas mövzusu “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi”dir: “Müasir informasiya mühiti sürətlə dəyişir, rəqəmsal texnologiyaların inkişafı və sosial media platformalarının genişlənməsi medianın məsuliyyətini artırır. Sağlam informasiya mühiti və ona güvənən cəmiyyət yalnız peşəkar jurnalistika və effektiv informasiya təhlükəsizliyi siyasətinin vəhdəti ilə mümkündür”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki