image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2021-12-06t173515-175backend

“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirildi – FOTO/VİDEO

image-728x90px

Dekabrın 6-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı” kursunu bitirmiş hərbi qulluqçuların buraxılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Dövlət Himni ifa olunub.

Buraxılış mərasimində çıxış edənlər məzunları “leytenant” hərbi rütbəsinə layiq görülmələri münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

Gənc zabitlər də, öz növbəsində, kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.

Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib.

Sonda gənc leytenantların tribuna önündən təntənəli keçidi olub.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki