image-ads_n1karobka_mobile
image-66921afbae5ac96bc8024db7backend

Ekvadorda prezidentliyə namizədin qətlinin təhrikçisi məhkum edilib

image-add-a-heading

Ekvador Cinayət Məhkəməsi prezidentliyə namizəd Fernando Villavicencio-nun qətlinin təhrikçisini 34 il 8 ay müddətinə azadlıqdan məhrum edib.

RİA Novosti xəbər verir ki, bu barədə ölkənin prokurorluğu məlumat yayıb.

Daha dörd cinayət ortağı 12 il müddətinə azadlıqdan məhrum edilib.

Yanvar ayında Quayas əyalətində mütəşəkkil cinayət işlərinə rəhbərlik edən və bir televiziya studiyasının bu yaxınlarda ələ keçirilməsini araşdıran Quayaquil prokuroru Sezar Suares Ekvadorda öldürüldü.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki