image-n1karobka_ads
image-123
image-321763598_848697352855951_6540118506638916041_nbackend

Elbrusda faciə: Toqquşan xizəkçilərdən biri öldü – VİDEO

Rusiyanın Kabardin-Balkar Respublikasında xizəkçi Elbrus dağından enərkən həlak olub.

Belə ki, 1979-cu il təvəllüdlü kişi tələbləri pozaraq müəyyən edilmiş marşrutdan çıxıb. Daha sonra o, xeyli sürət yığıb və ilkin məlumatlara görə, yoldakı başqa bir xizəkçi ilə toqquşub.

Toqquşma nəticəsində həmin şəxs ölümünə səbəb olan ağır bədən xəsarətləri alıb. İkinci xizəkçi tibb müəssisəsinə aparılıb, onun həyatı üçün təhlükə yoxdur.

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki