image-2000x150px
image-123
image-ads_atlas
image-1646942349_28-1backend

Əli Abdullayev “Azərsu”ya sədr gəlir…- Rabitə nazirinin 1-ci müavini olan Əli Abdullayev sabiq mer Hacıbala Abutalıbova 1 milyon atıb?…

image-728x90px

Təxminən 1 ilə yaxındır ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti başsız qalıb.

Belə ki, “Azərsu”nun sədri Qorxmaz Hüseynov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 may 2021-ci il imzaladığı sərəncama əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmişdir.

Qısa məlumat üçün qeyd edək ki, Qorxmaz Hüseynov 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilib və 2011-ci il tarixdə həmin vəzifədən azad edilərək “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir.

Sözün qısası, “Azərsu”nun sədri olmaq uğrunda mübarizədə 1 ilə yaxındır ki, müxtəlif şəxslərin adı hallanır. Siyahı uzun olduğu üçün sadalayıb oxucuları yormaq istəmirik.

Ancaq Gündəlik-Bakıya daxil olan məlumata görə, yaxın zamanda Əli Abdullayev “Azərsu”nun sədri olacaq.

Sözün düzü, cəmiyyətdə az tanınan Əli Abdullayevin kimliyi barədə məlumat verməyə ehtiyac var.

Yeri gəlmişkən, Əli Abdullayevin adı daha çox Bakı ŞİH-nin sabiq başçısı Hacıbala Abutalıbova 1 milyon atması ilə gündəmə gəlib.
Sonradan, daha dəqiq desək, bir neçə gün əvvəl isə Əli Abdullayevin adı külli-miqdarda dələduzluğa görə müttəhimlər kürsüsündə oturan məhkəmə hakimi Lətif Nəbiyevin işində hallandı. Və sabiq məhkəmə hakimi Lətif Nəbiyev dedi ki, işədüzəltmə adı ilə aldığım 250 min dolları nazirin 1-ci müavini Əli Abdullayevə vermişəm.

Söhbət hansı nazirin 1-ci müavinindən gedir ?
Ümumiyyətlə, Əli Abdullayevin keçmişinə və bu gününə nəzər salaq.

Uzun-uzadı yazmadan qeyd edək ki, Əli Abdullayev 21 yaşında Azərbaycan Universitetinini bitirib.

İlk sual: Bu adamın savadı olsaydı normal universitetə girərdi ?

Bu adam hansısa Azərbaycan Universitetini bitirən kimi, yəni 21 yaşında Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri işləyib.

Necə olub ki, komitədə illərlə çalışan savadlı şəxslər qıraqda qaldığı halda 21 yaşlı “uşaq” Komitədə Hüquq şöbəsinin müdiri olub ?
Birbaşa onu qeyd edək ki, Əli Abdullayev Əmlak Komitəsinin keçmiş sədri Fərhad Əliyevin qohumu olub. Və Fərhad Əliyevin böyüməyində Əli Abdullayevin atası İzzət Abdullayevin xidməti olmuşdu.

Bəs İzzət Abdullayev kim olub ?

Əli Abdullayevin atası İzzət Abdullayev ötən əsrin 70-ci illərində Cəlilabad Rayon İcraiyyə Komitəsinə rəhbərlik edib. Sonralar Biləsuvar və Cəlilabad rayonlarında suvarma idarələrinin rəisi, Meliorasiya və Su Təsərrüfatı Komitəsində məsul vəzifədə işləyib.

Həə, indi gələk mətləb üstünə.

Əli Abdullayev vaxtilə atasının çalışdığı sahəyə rəhbər gəlmək istəyir. Ancaq Meliorasiyaya yox, Azərsuya.

İndi siə Əli Abdullayevin sonrakı fəaliyyətinə və…əməllərinə nəzər salaq. Məlumdur ki, sonra Fərhad Əliyev həbs edildi və onu başqası əvəz elədi.

Komitə sədri zamanı nəzərə alaraq Əli Abdullayevi aparatdan uzaqlaşdırıb HƏRRAC keçirməyə göndərdi, daha dəqiq desək, Hərracların Təşkili üzrə Auksion Mərkəzinə baş direktor.

Bu sadə məsələ deyildi. Deməli, Əli Abdullayev sovet dövründən qalma zavod, fabrikləri, əraziləri, binaları ÇEK vasitəsilə sataraq milyonlara sahib oldu və etimadı doğrultdu.
Sonra Əli Abdullayev bir neçə il Heydər Əliyev Fondunda hüquq məsələləri üzrə ekspert oldu və …

2016-cı ildə nazir Ramin Quluzadə Əli Abdullayevi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Aparat rəhbəri təyin etdi.
Əli Abdullyev sonradan nazirin 1-ci müavini oldu.

İndi isə keçək əsas məsələyə.

Belə ki, Ramin Quluzadə özünü doğrulda bilməyib nazir vəzifəsindən gedəndən sonra Rəşad Nəbiyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri təyin edildi və…

Əli Abdullayevin qara günləri başladı.
Səbəb nə idi ?

Bəziləri yazır ki, guya Rəşad Nəbiyev islahatlara start verib. Gülməli arqumentdir. Sadəcə, Əli Abdullayev nazirlikdə Aparat rəhbəri olanda qurumun Maliyyə-uçot şöbəsinin müdiri Rəşad Nəbiyevi saatlarla qəbul otağında gözlədirmiş. İndi aydın oldumu səbəb nədir ? Nə islahat-reforma-filan ?

İndi görək uzun illər Əmlak Komitəsində, Hərrac Mərkəzində işləyən Əli Abdullayevin nələri var ?

Bu adamın təkcə Çexiyada N qədər şirkəti, mülkləri var.
Bakıda xeyli sayda bahalı mənzilləri, avtomobil kolleksiyasl var.

Sözün qısası, Əli Abdullayev “Azərsu”ya başçı gəlir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Gündəlik Baki)

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki