image-n1karobka_ads
image-123
image-el_11723186352backend

Əli Kərimliyə cinayət işi açıldı

image-ad_qayo_720x110px

AXCP sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında cinayət işi başladılıb.

Bu barədə AXCP sədri özü bildirib.

O qeyd edib ki, iş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust, saat 11:00-da Nəsimi rayon məhkəməsində olacaq.

Ə.Kərimlinin sözlərinə görə, məhkəmədən göndərilmiş bildirişdə xüsusi ittihamın kim tərəfindən qaldırıldığı yazılmayıb.

“Elektron məhkəmə portalında da şikayətçinin kimliyi göstərilməyib. Sadəcə o qeyd olunub ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb. Cinayət Məcəlləsinin bu bölümündə siyasi rəqiblərə qarşı tez-tez istifadə olunan böhtan (147-ci maddə) və təhqir (148-ci maddə) maddələri də var.

Aydındır ki, mən heç kimi təhqir etməmişəm, heç kimə böhtan atmamışam”, – deyə o qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki