image-n1karobka_ads
image-123
image-blobid0-1backend

Elşən Gəncəvi “İlin iş adamı” seçildi — iki beynəlxalq mükafata layiq görüldü

image-ad_qayo_720x110px

“Ganjavi Holding”in prezidenti, ictimai xadim və iş adamı Elşən Gəncəvi sentyabr ayı üçün iki nüfuzlu beynəlxalq mükafatla təltif olunub.

Doğru.az xəbər verir ki, mükafatlardan biri “Avand Production” tərəfindən təşkil olunan “Caspian Awards 2025”, digəri isə “Caspian Events Group”un təşkil etdiyi “International Star Awards 2025” layihəsi çərçivəsində təqdim edilib.

Elşən Gəncəvi hər iki layihədə “İlin iş adamı” nominasiyası üzrə qalib seçilib.

Qeyd edək ki, Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu iqtisadçı, ictimai xadim və iş adamıdır. O, “Ganjavi Holding”in prezidenti, “Najafsoy Group”un direktoru, “Ganjavi Media”nın, “Strateji.az” və “Siyasi.az” xəbər portallarının baş redaktoru, həmçinin Demokratik İslahatlar Partiyasının redaksiya komissiyasının üzvüdür.

Eyni zamanda Elşən Gəncəvi “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin maliyyə meneceri, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Public” və “Gəncəvi” jurnallarının təsisçisidir. O, “Şəfqət” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyində İctimai və sosial şuranın rəhbəri kimi də fəaliyyət göstərib.

Elşən Gəncəvi bir çox beynəlxalq layihələrdə uğur qazanaraq müxtəlif mükafatlara layiq görülüb. O, daha əvvəl İstanbulda keçirilən “Altın Melek Ödülleri 2021” layihəsində “İlin ən başarılı iş adamı”, “Turkey Exclusive Awards 2022” layihəsində “Azərbaycanın başarılı iş adamı”, eləcə də “Altın Melek Ödülleri 2025” mərasimində “İlin beynəlxalq ən başarılı iş adamı” nominasiyaları üzrə mükafatlandırılıb.

image-whatsapp-image-2025-10-27-at-19_23_19 image-whatsapp-image-2025-10-27-at-19_23_46

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki