image-n1karobka_ads
image-123
image-whatsapp-image-2025-12-01-at-18_40_15backend

Elşən Gəncəvi “International Exclusive Awards 2025”də təltif olundu – FOTO

image-ad_qayo_720x110px

“Avand Production” tərəfindən təşkil olunan “International Exclusive Awards 2025” mükafatlandırma gecəsi baş tutub. Tədbirdə il ərzində fərqlənən, peşəkarlığı və fəaliyyəti ilə yadda qalan şəxs və qurumlar təltif olunub. Gecənin aparıcısı Ağa Nadirov olub.

Doğru.az xəbər verir ki, müxtəlif ölkələrin iş adamlarının da yer aldığı tədbirdə ictimai xadim və iş adamı Elşən Gəncəvi “İş Adamı” nominasiyasına layiq görülüb. Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu iqtisadçı, ictimai xadim və biznes rəhbəri kimi geniş fəaliyyətə malikdir.

O, “Ganjavi Holding”in prezidenti, “Najafsoy Group”un direktoru, “Ganjavi Media”, “Strateji.az” informasiya və “Siyasi.az” xəbər portallarının baş redaktoru, həmçinin Demokratik İslahatlar Partiyasının redaksiya komissiyasının üzvüdür. Eyni zamanda “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin maliyyə meneceri, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Public” və “Gəncəvi” jurnallarının təsisçisi kimi fəaliyyət göstərib.

Elşən Gəncəvin rəhbərlik etdiyi qurumlar – “Ganjavi Holding”, “Najafsoy Group”, “Ganjavi Media” və “ELSHAN GANJAVI” şirkətləri maliyyə və mühasibatlıq, strateji planlama, biznesin idarə edilməsi, təlim və təhsil, hüquqi və inzibati xidmətlər, media və reklam, eləcə də səyahət xidmətləri sahəsində fəaliyyət göstərir. Şirkətlər eyni zamanda informasiya və analitik kontent istiqamətində də fəaliyyətini genişləndirir.

O, “Oxu-magiya” kitabının müəllifidir və müxtəlif media platformalarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

Təhsili Gəncə şəhərində başlayan Elşən Gəncəvi Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Rumıniya Timişoara Qərb Universitetində magistr dərəcəsi alıb.

Elşən Gəncəvi müxtəlif illərdə Milli Məclis seçkilərində namizəd olub:
– 2024-cü ildə 39 saylı Gəncə ikinci seçki dairəsi
– 2020-ci ildə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi
– 2015-ci ildə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi

O, həm yerli, həm də beynəlxalq səviyyədə nüfuzlu mükafatlara layiq görülüb. İstanbulda keçirilən “Altın Melek Ödülleri 2021” layihəsində “Yılın En Başarılı İş Adamı”, “Turkey Exclusive Awards 2022”də “Azerbaycanın Başarılı İş Adamı”, “Altın Melek Ödülleri 2025”də isə “Yılın Uluslararası En Başarılı İş Adamı” nominasiyalarının qalibi olub.

Bundan əlavə, Gəncə şəhərində keçirilən “Gəncəvi Milli Mükafatı 2025” layihəsində “İş Adamı” nominasiyasında təltif edilib.

DOĞRU.AZ

image-1764600250_a1a0a8a2-adaf-4ea8-88a9-e2b6bcdac5e2 image-1764600185_a712f217-4fda-4706-88ed-9707e008cab0

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki