image-n1karobka_ads
image-123
image-screenshot_20250728_071636_gallerybackend

“Embraer 190” hava təhlükəsi yaşadı – Xəzər üzərində həyəcan

image-ad_qayo_720x110px

Rusiyaya məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Xəzər dənizi üzərində uçuş zamanı qəza siqnalı verib və sonradan təhlükəsiz şəkildə Mahaçqalaya eniş edib.

Doğru.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi aviasiya xidmətlərinə istinadla məlumat yayıb. Bildirilir ki, təyyarə Moskva vaxtı ilə saat 00:45-də Mahaçqalaya uğurla enib.

Məlumata görə, hava gəmisi İjevsk şəhərindən Mahaçqalaya uçurdu. Qəza siqnalının hansı səbəbdən verildiyi barədə əlavə məlumat açıqlanmayıb.

Qeyd edək ki, bir gün əvvəl ABŞ-da – Denver Beynəlxalq Hava Limanında “Boeing 737 MAX” təyyarəsində uçuş zamanı eniş mexanizmində nasazlıq yaranıb və nəticədə təyyarə alovlanmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki