image-n1karobka_ads
image-123
image-25-05-17-22_55_04backend

Emin Əminənin uğurunu sosial şəbəkədə paylaşdı – VİDEO

Xalq artisti Emin Ağalarov övladı Əminənin beynəlxalq arenada qazandığı uğurla bağlı izləyiciləri ilə sevincini bölüşüb.

Doğru.az xəbər verir ki, məşhur sənətkarın qızı Əminə İtaliyada keçirilən kunq-fu üzrə dünya çempionatında light sanda döyüşü kateqoriyasında final mərhələsinə yüksəlib.

Emin Ağalarov bu münasibətlə sosial şəbəkədə bunları qeyd edib:

“Qürurum, Əminəm! Bu gün sevincimi sizinlə bölüşmək istədim. Bütün uşaqlara qələbələr, özlərinə inam və sevdikləri işlə məşğul olmaqdan zövq almaq arzulayıram!”

Gözəl ifaçı və ata olan Eminin Mikayıl və Əli adlı əkiz oğulları, Afina adlı daha bir qızı da var.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki