image-n1karobka_ads
image-123
image-17230966823124724425_1200x630backend

Energetika naziri Hacıqabulda vətəndaşlarla görüşəcək

image-ad_qayo_720x110px

Energetika naziri Pərviz Şahbazov avqustun 29-da Hacıqabul, Şirvan, Salyan, Sabirabad və Kürdəmir rayonlarından olan vətəndaşlarla görüşəcək.

Energetika Nazirliyindən Doğru.az-a bildirilib ki, görüş saat 11:00-dan başlayaraq Hacıqabul rayon, Heydər Əliyev Mərkəzində (Ünvan: Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 40) keçiriləcək.

Görüşə gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs: Ceyhun Rzayev: əlaqə telefonu: (050) 225-34-86, elektron poçt ünvanı: office.shirvan@regulator.gov.az) və Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov: əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: office.kurdamir@regulator.gov.az ) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq” bölməsi vasitəsilə də görüş üçün müraciət etmək mümkündür.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki