Ərdoğan Aydanın atası ilə danışdı: “Hönkür-hönkür ağladım” – VİDEObackend

Ərdoğan Aydanın atası ilə danışdı: “Hönkür-hönkür ağladım” – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün 91 saatdan sonra zəlzələnin uçqunları altından çıxarılan 4 yaşlı Aydanın atası Uğur Gəzgin ilə danışıb.
Doğru.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin “twitter” səhifəsində video görüntü yerləşdirilib. Rəcəb Tayyib Ərdoğan Aydanın atası ilə telefonla danışarkən Aydanın səhhətini soruşub və hadisədən olduqca təsirləndiyini bildirib:

“Ayda dağıntılar altından çıxarılarkən həqiqətən hönkür-hönkür ağladım. Mən 5 vaxt namazlarımda dua edirəm, Rəbbim səbrlər versin”.
Sözügedən görüntünü təqdim edirik:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki