image-n1karobka_ads
image-123
image-68383589ae5ac96a1e6ca246backend

Ərdoğan deyib ki, Aİ ölkələri pis enerji vəziyyətindədir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ukrayna münaqişəsi səbəbindən Avropa ölkələri enerji sektorunda “çox pis vəziyyətdədir”.

“Biz Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı ölkələrinin energetika sektorunda düşdüyü vəziyyətin çox pis olduğunu gördük”, – deyə RİA Novosti onun sözlərini sitat gətirir.

Ərdoğanın sözlərinə görə, belə bir vəziyyətə düşməmək üçün Ankara strateji resurslardan, o cümlədən qazdan kənardan asılılığı azaltmaq üçün hər şeyi edir.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bəyan etmişdi ki, ölkə hökuməti   Avropa Komissiyasının 2027-ci ildən Rusiya nefti və qazının Aİ-yə idxalını qadağan etmək planını əngəlləmək niyyətindədir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki