Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Edi Rama ilə görüş keçirib. Görüş zamanı hər iki lider bölgədə və dünyada sülhün təşviqinə dair birgə mesaj veriblər.
Prezident Ərdoğan bəyanatında qeyd edib:
“Qardaşım Edi Rama ilə Albaniyadan bütün dünyaya sülh çağırışını səsləndirəcəyik. Bu gün dünya münaqişə, qeyri-sabitlik və humanitar böhranlarla üz-üzədir. Belə bir zamanda bizim bölgədən sülh və əməkdaşlıq mesajının verilməsi mühüm əhəmiyyət daşıyır.”
Görüşdə Türkiyə ilə Albaniya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi, eləcə də regional sabitliyə töhfə verəcək təşəbbüslər müzakirə olunub.
Qeyd edək ki, Ərdoğan və Rama arasında son illər münasibətlər daha da yaxınlaşıb və iki ölkə bir çox beynəlxalq məsələdə ortaq mövqe nümayiş etdirir. Ekspertlərə görə, bu cür birlik nümunələri bölgə üçün sabitlik və inkişaf baxımından mühüm mesaj daşıyır.
DOĞRU.AZ