image-n1karobka_ads
image-123
image-17516299824664358007_1200x630backend

Ərdoğan Şuşanın ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinin 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik edib.

AZƏRTAC xəbər verir ki, ECO-nun Xankəndində keçirilən 17-ci Zirvə görüşündə çıxış edən Türkiyənin dövlət başçısı turizm sahəsində əməkdaşlığın vacibliyini vurğulayaraq təşkilatın hazırkı turizm paytaxtının Erzurum şəhəri olduğunu xatırladıb.

“Turizm sahəsində əməkdaşlıq ECO ölkələrinin üzərinə xüsusi öhdəliklər qoyur”, – deyən Rəcəb Tayyib Ərdoğan Erzurumda qəbul olunan qərarların bu sahədə gələcək əməkdaşlıq addımları üçün bələdçi olacağına əminliyini ifadə edib.

O vurğulayıb: “Şuşa şəhərinin 2026-cı ildə ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Prezident İlham Əliyevin simasında bütün Azərbaycan xalqını təbrik edirəm”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki