image-n1karobka_ads
image-123
image-68d672a702e8bd7d4b2e80f4backend

Ərdoğan: Türkiyə Ukrayna münaqişəsinin həllində səylərini davam etdirir

image-ad_qayo_720x110px

Türkiyə Ukrayna münaqişəsinin həlli istiqamətində səylərini davam etdirmək niyyətindədir. Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-dan qayıdarkən təyyarəsində jurnalistlərə açıqlama verib.

Doğru.az xəbər verir ki, dövlət başçısı bütün regionlarda, ilk növbədə, Türkiyəni əhatə edən münaqişə zonalarında sülhün əldə olunması üçün çalışdıqlarını bildirib. Ərdoğan həmçinin vurğulayıb ki, Ankaranın bu istiqamətdəki səyləri “boşuna getmədi”.

Qeyd edək ki, bundan əvvəl ABŞ və Türkiyə dinc nüvə enerjisi üzrə əməkdaşlıq haqqında saziş imzalayıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki